"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

18:44 - 26 Fevral 2019 - İDMAN

"Neftçi" klubunun futbolçusu Elvin Sərkərov Latviyanın "Dauqavpils” komandasına transfer olunub. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.
Sözləşmənin şərtlərinə görə, Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Azərbaycanın U-21 yığmasında da çıxış edən oyunçu ölkəyə qayıdacağı təqdirdə, ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Elvin Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb. "Dauqavpils”də U-21-in digər üzvü Tural Bayramlı da çıxış edir. 

Xəbər xətti