Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşüb

16:44 - 26 Fevral 2019 - SİYASƏT

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıldı və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olundu. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.
 

Xəbər xətti