Ana səhifə
19 Noyabr 2018

Türkiyə AES tikəcək

2015-ci ilin martında Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının (AES) tikintisinə başlanılacaq. Ucnoqta.az–ın  Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.

Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.

 

Tarix
10 Oktyabr 2014 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin