Səudiyyə Ərəbistanı ilk dəfə olaraq xanım səfir təyin edib

11:00 - 24 Fevral 2019 - DÜNYA

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib. Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.

Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkəni ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.

Xəbər xətti