Yardımlıda kütləvi dava: 1 nəfər ölüb

22:17 - 23 Fevral 2019 - HADİSƏ

Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Ölən Yardımlının Ləzran kənd sakini Bəhruz adlı şəxsdir.

***

Cəlilabad xəstəxanasına yerləşdirilən yaralılardan biri vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Xəbər xətti