Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

21:56 - 23 Fevral 2019 - HADİSƏ

 Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. "Mercedes-Benz" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 2 nəfər - Ağstafa rayon sakinləri, 27 yaşlı Məhəmmədəli Əsgərov və 28 yaşlı Samir Kazımov xəsarət alıblar. Digər avtomobildə isə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti