Bakıda 48 yaşlı kişi evinin qarşısında maşınla vuruldu

18:24 - 23 Fevral 2019 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, A.Şaiq küçəsi, 212 saylı evin qarşısında, həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Cavadov Cavad Babaş oğlu naməlum avtomobil tərəfindən vurulub.Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti