Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib -Foto+Video

14:22 - 23 Fevral 2019 - Xəbər

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

​Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.


Xəbər xətti