Azərbaycan Prezidenti Estoniya Prezidentini təbrik edib

13:17 - 23 Fevral 2019 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, məktubda deyilir:
"Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və rifah diləyirəm".

Xəbər xətti