Sürücülərin DİQQƏTİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılır

10:17 - 23 Fevral 2019 - Xəbər

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumatda bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Xəbər xətti