Xətai rayonunda əl qumbarası tapılıb- Foto

16:47 - 22 Fevral 2019 - Xəbər

Fevralın 22-də saat 11:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin Xətai rayon Polis Idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Bakı şəhər Xətai rayon Polis Idarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır.
Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında Agentliyin mütəxəssisləri tərəfindən 500 kv.m ərazi yerüstü, 20 kv.m ərazi isə yeraltı yoxlanılmış, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti