Mübariz Qurbanlı Hacıqabulda vətəndaş qəbulu keçirəcək

18:10 - 22 Fevral 2019 - Xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 27-də Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən verilən məlumata görə, qəbulda Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul və Cəbrayıl rayonlarının sakinləri iştirak edəcəklər. Qəbul Hacıqabul rayonunun Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov

Əlaqə vasitələri: (070) 220-00-20, (021) 215 21 30
Elektron poçt ünvanları: [email protected][email protected][email protected]

Xəbər xətti