Ayaz Salayev: “İbrahimbəyov bu birliyi parçalayıb”

12:34 - 22 Fevral 2019 - Xəbər

“Mən bizim ittifaqın mətbuat xidməti rəhbəri Əli Vəliyevin Rüstəm İbrahimbəyov barəsində fikirləri ilə tanş oldum, dediklərini dəstəkləyirəm, olduqca cəsarətli addım atıb”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Musavat.com-a Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Ayaz Salayev R.İbrahimbəyovun təşkilatının katibi Əli İsa Cabbarovun sözlərinə münasibət bildirərkən deyib.
A.Salayev qeyd edib ki, R.İbrahimbəyovun təşkilatından fərqli olaraq ARKİ-də fikir müxtəlifliyi, demokratiya var: “Bu ittifaq bir adamın deyil. Əli İsa Cabbarov deyir ki, Əli Vəliyevə verdiyi açıqlamaya görə töhmət olub. Amma yalandır”.

A.Salayev Ə.İ.Cabbarovun “kino naminə birgə səylər göstərməliyik” çağırışına belə cavab verib: “Mən belə hesab edirəm ki, onun üzvü olduğu təşkilatın sədri bu birliyi parçalayıb”.

Qeyd edək ki, R.İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinemotoqrafçılar İttifaqı katiBi Ə.İ.Cabbarov ARKİ-nin mətbuat xidməti rəhbərinin açıqlamasına görə tənbeh edildiyini söyləmişdi.

Xəbər xətti