Yasamalda narkotacir saxlanılıb

11:47 - 22 Fevral 2019 - HADİSƏ

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti