İlk DOST Yasamalda açılacaq

11:31 - 22 Fevral 2019 - Xəbər

İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.

Xəbər xətti