“Nəsimi ili - Nəsimi dili” festivalı keçiriləcək

11:05 - 22 Fevral 2019 - Mədəniyyət

Azərbaycan Respublikası prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair  və mütəfəkkir  Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı bununla bağlı olaraq özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində 3-cü “Bizim teatr festival”nı Nəsimi ilinə həsr edəcək. Ucnoqta.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyilə keçiriləcək və “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq festivalın 2019-cu il aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Festivalda əsasən Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla belə, başqa teatrların aktyorları da festivalda iştirak etmək üçün müraciət edə bilərlər.
Festivalın informasiya dəstəkçisi İctimai Televiziya və Radio Yayımları Şirkəti və TEATRO.az saytıdır.

Xəbər xətti