Zaqatalada iki avtomobil toqquşub: ölən var

08:45 - 22 Fevral 2019 - HADİSƏ

Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti