Putin və Netanyahu arasında keçiriləcək görüşün vaxtı məlum olub

08:06 - 22 Fevral 2019 - DÜNYA

İsrailin baş naziri Binyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün vaxtı dəyişib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İsraildəki səfirliyinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətinin məlumatında deyilir: "Gələn çərşəmbə, fevralın 27-si Netanyahu Putinlə Moskvada görüşəcək". Qeyd edək ki, daha əvvəl görüşün fevralın 21-i Moskvada keçiriləcəyi planlaşdırılırdı.

Xəbər xətti