Avroliqa: "Arsenal" və daha 7 klub növbəti mərhələdə

00:42 - 22 Fevral 2019 - İDMAN

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 8 cavab görüşü keçirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Türkiyə təmsilçilərindən "Fənərbağça" Rusiyada "Zenit"in qonağı olub. Sankt-Peterburqda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça fəal başlayan "Zenit" 4-cü dəqiqədə Məhəmməd Ozdoyevin qolu ilə hesabı açıb. 37-ci dəqiqədə iranlı legioner Sərdar Azmun komandasının ikinci qolunu vurub. Lakin 43-cü dəqiqədə Mehmet Topal fərqi azaldıb. 76-cı dəqiqədə Azmun "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib - 3:1. İstanbuldakı ilk görüşdə "Zenit" 0:1 hesabı ilə uduzmasına baxmayaraq, evdə 2 top fərqi ilə qalib gəldiyi üçün mərhələ adlayıb.

Qalan oyunlara gəldikdə, qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" İngiltərədə Belarus BATE-sini darmadağın edərək, ilk görüşdəki minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Əvəzində Portuqaliya "Sportinq"i İspaniyada "Vilyarreal"la qarşılaşmada 1:1 hesablı heç-heçə edib və ilk görüşdə 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.

1/8 finala qalan vəsiqələrə Almaniyanın "Ayntraxt" (Frankfurt), Avstriyanın "Zaltsburq", Xorvatiyanın "Dinamo" (Zaqreb), İspaniyanın "Valensiya" və İtaliyanın "Napoli" komandaları sahib çıxıb. Ötən gün bu hüquqa İspaniya "Sevilya"sı yiyələnib.

Qeyd edək ki, son 7 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.

Avropa Liqası
1/16 final, cavab oyunları
21 fevral

21:55. "Arsenal" (İngiltərə) - BATE (Belarus) - 3:0

Qollar: Zaxar Volkov, 4 (öz qapısına). Şkodran Mustafi, 39. Sokratis Papastatopulos, 60

İlk oyun – 0:1

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Viktoriya" (Plzen, Çexiya) - 3:0
Qollar: Mislav Orşiç, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73
İlk oyun - 1:2

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Şaxtyor" (Donesk, Ukrayna) - 4:1

Qollar: Luka Yoviç, 23. Sebastyan Haller, 27 (pen.); 80. Ante Rebiç, 88 - Junior Moraeş, 64
İlk oyun - 2:2

21:55. "Napoli" (İtaliya) - "Sürix" (İsveçrə) - 2:0
Qollar: Simone Verdi, 43. Adam Unas, 75İlk oyun - 3:1


21:55. "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika) - 4:0
Qollar: Ksaver Şlager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4
Dəqiq yerinə yetirilməyən penalti: Munas Dabbur, 11 ("Zaltsburq")
İlk oyun - 1:2

21:55. "Valensiya" (İspaniya) - "Seltik" (Şotlandiya) - 1:0
Qollar: Kevin Qameyro, 70.
İlk oyun - 2:0

21:55. "Vilyarreal" (İspaniya) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Pablo Fornals, 80 - Brunu Fernandeş, 45+1
İlk oyun – 1:0

21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə) - 3:1
Qollar: Məhəmməd Ozdoyev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43
İlk oyun - 0:1

Xəbər xətti