Ana səhifə
22 Fevral 2018

Lütfi Zadə Azərbaycanın gələcəyindən danışdı +Video

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda keçirilən Azərbaycan alimlərinin I Qurultayının iştirakçılarına video müraciət ünvanlayıb.

 

 

Ucnoqta.az bildirir ki,müraciətdə deyilir :
 
"Azərbaycanın elm xadimlərinin ilk konfransının keçirilməsi münasibətlə tədbir iştirakçılarına öz salamlarımı çatdırıram, Azərbaycan elminə və xüsusən də informasiya texnologiyalarına növbəti inkişaf uğurları arzu edirəm.


Bildiyiniz kimi, mən uzun illər öncə Bakıda anadan olmuşam. Lakin Azərbaycan, Azərbaycan insanları, Bakı şəhəri həmişə mənim ürəyimdə olublar və bu ömrümün axırına qədər davam edəcəkdir. Bakıda yaşayan çoxlu sayda dostlarım var. Ölkənin savadlı və bacarıqlı rəhbərliyinə böyük hörmətim və rəğbətim var.


Azərbaycan çox şanslıdır ki, onun rəhbərliyində olan şəxslər çox ağıllı, fəal və təşəbbüskardırlar.


Azərbaycanda baş verənlər hər zaman mənə maraqlı olub. Bununla bağlı öz fikir və müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Azərbaycanın yerləşdiyi regionun qeyri-stabil olmasına baxmayaraq Azərbaycan yeganə ölkədir ki, bu qeyri-stabillik ona təsir etməyib.


Azərbaycan iki xüsusiyyətə malik olmaqla çox şanslıdır. Birinci, savadlı və uzaqgörən rəhbərlik, bacarıqlı insanlar və təbii ehtiyatlar – xüsusilə neft və qaz. Bu sərvət Azərbaycanı çoxlu təşəbbüslər irəli sürməyə sövq edib. Bunlardan biri 2013-cü  ilin elm, informasiya texnologiyaları ili elan olunmasıdır. Kosmosa çıxış, Yay Avropa Oyunları, Avroviziya və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıtdırır.


Mən bilirəm hökumət ölkəni informasiya-kommunikasiya texnologiyaları üzrə "Hub"a çevirmək istəyir. Lakin öncə də qeyd etdiyim kimi, əsas məsələ rəqabət qabiliyyətliyinin artırılmasıdır.
Azərbaycan gələcəyi ilə bağlı mən optimistəm.  


Mən əminəm ki, Azərbaycan Hökuməti yaxın gələcək üçün elmin, xüsusilə də informasiya texnologiyaların inkişafı üçün əlindən gələni edəcəkdir. Mən sizlərə bir daha ən xoş arzularımı çatdırıram və öncə də dediyim kimi Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olublar və olacaqlar. Azərbaycan, rəhbərliyi və gələcəyi barədə fikirlərimi bölüşmək imkanını mənə verdiyinizə görə təşəkkür edirəm. Sağ olun! " 

 

Tarix
19 Dekabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ