Suriyada partlayış- 15 nəfər ölüb

22:52 - 21 Fevral 2019 - DÜNYA

Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hawarnews" agentliyi məlumat yayıb. "Suriya demokratik qüvvələri"qruplaşmasının (SDF) nəzarəti altında olan Əl-Ömər neft yatağının işçilərini daşıyan avtomobil Əş-Şhil kənd xəstəxanasının qarşısında park edilmiş vəziyyətdə olub.
Bundan bir saat əvvəl isə Afrində maşının partladılması nəticəsində bir nəfər həyatını itirib.

"Milliyet" qəzetinin yazdığına görə, yerli hökumət Ankaranın terror təşkilatı hesab etdiyi Suriya kürdlərinin özünümüdafiə qüvvələrini terror aktında şübhəli bilir.

Xəbər xətti