“Real” tarixinin ən bahalı futbolçusunu satmaq niyyətindədir

19:24 - 21 Fevral 2019 - İDMAN

“Real” klub tarixinin ən bahalı futbolçusu ilə yollarını ayırmaq niyyətindədir. Söhbət uelsli vinqer Qaret Beyldən gedir.

Bu barədə “Marca” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 29 yaşlı “Uels” yığmasının hücumçusu Madriddə rəqabətə tab gətirə bilmir. Kral klubunun hazırkı çalışdırıcısı Santyaqo Solari onun əvəzinə meydana 18 yaşlı braziliyalı vinqer Vinisius Cunioru və ya ispan Lukas Vaskesi çıxarmağa üstünlük verir.

“Marca”nın yazdığına görə, Beyl yay transfer pəncərəsində satışa çıxarıla bilər. Futbolçunun yarımmüdafiəçilər Eden Azar (“Çelsi”) və Kristian Eriksonun (“Tottenhem”) gözlənilən transferi zamanı başqa kluba keçəcəyi istisna edilmir.

Qeyd edək ki, cari mövsümdə uelsli 30 oyunda 12 qol vurub. Lakin yanvarın 27-də, zədəsi sağalandan sonra Beyl “Real”ın start heyətində iki dəfə meydançaya çıxıb.

Q.Beyl kral klubuna 2013-cü ildə “Tottenhem”dən keçib. Bu “Real”ın tarixində ən bahalı transfer hesab edilir. Futbolçu Madrid təmsilçisinə 100 milyon avroya başa gəlib. 

Hazırda futbolçunun transferi 80 milyon avro dəyərində qiymətlədirilir

Xəbər xətti