Ana səhifə
20 Noyabr 2018

“İphone”-dan sonra “Note4” də əyildi

“Apple” -in yeni modeli “İPhone6” və “İPhone6+” –un satışa çıxmasından sonra onun cibdə əyildiyi ilə bağlı iddialar böyük əks-səda doğurmuşdu. “Apple”-in bu modellərində keçirdiyi təcrübəni youtube hesabında paylaşan Levis Hilsenteger buna bənzər bir  sınağı “Samsung” modelləri olan “Note3” və “Note4” üzərində keçirib. Sınaq nəticəsində mərkəzi Cənubi Koreyada yerləşən şirkətin istehsal etdiyi “Note4”-ün “İphone6” və “İphone6+” kimi əyilmə riski ilə qarşı-qarşıya qaldığı müəyyən olunub. “Note3” isə bütün cəhdlərə baxmayaraq əyilməyib və hər hansı deformasiyaya uğramayıb. Xatırladaq ki, “İphone6” və “İphone6+”-un əyildiyi iddiaları ortaya çıxdıqdan sonra rəqib “Samsung” şirkəti öz yeni modellərinə bu barədə olduqca güvəndiyini söyləmişdi. “Apple” şirkəti isə yeni modelləri ilə bağlı irəli sürülən iddiaları yalanlamış və əgər belə bir hal baş verərsə, telefon sahibinə şirkət tərəfindən yeni telefonun hədiyyə ediləcəyini bildirmişdir.

                                                

Samir Mehralıyev

Tarix
10 Oktyabr 2014 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin