Keçmiş məhkumdan tapança aşkarlandı

12:27 - 21 Fevral 2019 - HADİSƏ

Polis əvvəllər məhkum edilmiş şəxsdən tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkarladı

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti