Wi-Fi-ın bilmədiyiniz ziyanları - yorğunluq, halsızlıq, cinsi həvəsin azalması...

00:51 - 21 Fevral 2019 - Xəbər

İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib.

Bir çox evlərdə Wi-Fi quraşdırılıb. Wi-Fi routerin şüalarının miqdarı az olsa da, araşdırmalar göstərib ki, bu şüaların orqanizmdə toplanması mümkündür. Alimlərin fikrinə görə, şüaların toplanması insanın əhvalına və sağlamlığına mənfi təsir edə bilər.

Ucnoqta.az Saglamolun.az-a istinadla xəbər verir ki, alimlər Wi-Fi-dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:

- Baş beyini
Kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

- Sinir sistemi
Apatiya, halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

- Kişi sağlamlığı
Cinsi həvəsin və potensiyanın azalması, spermanın keyfiyyəninin aşağı düşməsi.

- Uşaqlar
Uşaqların inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

- Hamilə qadınlar
Mütəxəssislər hamilə qadınlara Wi-Fi şüalarından uzaq olmağı, İnternetdən az istifadə etməyi tövsiyə edirlər.

Alimlər Wi-Fi şüalarının orqanizmə olan mənfi təsirini azaltmaq üçün Wi-Fi routeri uşaq və yataq otaqlarından uzaqda yerləşdirməyi, gecə saatlarında routeri söndürməyi tövsiyə edirlər.

Xəbər xətti