Ankarada hərbi hissədə partlayış- yaralananlar var

21:24 - 20 Fevral 2019 - DÜNYA

Türkiyənin paytaxtı Ankara şəhəri Polatlı qəsəbəsində yerləşən Sakarya hərbi bazasında partlayış baş verib.

Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda təlim zamanı partlayışın baş verdiyi bildirilir. Belə ki, ağır silah atışı zamanı partlayış baş verib. Partlayış zamanı yaralanan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Xəbər xətti