Kimlər əfv olunmaq üçün müraciət edir?

20:44 - 20 Fevral 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına əsasən mülkiyyət, sağlamlıq, idarəçilik əleyhinə, o cümlədən, iqtisadi fəaliyyətlə bağlı müraciətlər daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Ölkə.Az"a Komissiyadan məlumat verilib. Bildirilib ki, Komissiyaya Cinayət Məcəlləsinin bütün fəsillərinə aid müraciətlər edilir və kim tərəfindən daxil olmasına baxmayaraq, bütün müraciətlər araşdırılır.

Qeyd edək ki, Əfv Komissiyası bu il 3 iclas keçirib. Daxil olan 1000-ə yaxın müraciətdən 300-nə baxılıb. Növbəti günlərdə iclasların davam etdiriləcəyi gözlənilir. Ehtimal edilir ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacaq.

Xəbər xətti