Gəncədə yük maşını 6 yaşlı uşağı vurdu

20:07 - 20 Fevral 2019 - HADİSƏ

Gəncədə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda hərəkətdə olan yük avtomobili 2013-cü il təvəllüdlü Məmmədov Fərid Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti