“WP”: ABŞ Milli Kəşfiyyatının başçısı istefaya göndəriləcək

18:28 - 20 Fevral 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp iki ildir Milli Kəşfiyyatın direktoru vəzifəsində çalışan Daniel Koutsdan getdikcə daha çox narazıdır.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, dövlət başçısı Koutsu istefaya göndərmək məsələsini götür-qoy edir və bu da Ağ evdəki bəzi rəsmilərin narahatlığına səbəb olub.

Mənbələrə görə, D.Tramp üçün yaxın və ya xüsusi etimad göstərdiyi şəxs olmayan D.Koutsun dövlət başçısının siyasi məqsədləri ilə, xüsusilə də Şimali Koreyanın silahsızlaşdırılması məsələsindəki sıçrayışa nail olmaq üçün bir araya sığmayan çıxışları Prezident tərəfindən narazılıqla qarşılanır.

Xəbər xətti