Azərbaycanda gələn ay 10 gün İŞ OLMAYACAQ

11:42 - 20 Fevral 2019 - Xəbər

Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.

Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür. Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.
Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.

Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq. /publika.az

Xəbər xətti