Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub

11:40 - 20 Fevral 2019 - Xəbər

Cəlilabad Rayon Təhsil Şöbəsinə (RTŞ) yeni müdir təyinatı olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə müvafiq əmrlə Qərənfil Əhmədova gətirilib. Q.Əhmədova bu təyinata qədər şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Cəlilabad RTŞ-nin müdiri vəzifəsini bu vaxta qədər Hafiz Cavadov icra edirdi.

Xəbər xətti