Yaponiyanın bombardmançı təyyarəsi radarlardan itib

08:40 - 20 Fevral 2019 - Xəbər

Yaponiya özünümüdafiə qüvvələrinin "F-2" çoxməqsədli döyüş təyyarəsiçərşənbə günü Yapon dənizi üzərində Yamaquti qərb prefekturası ərazisində radarlardan itib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, qırıcı bombardmançı təlim uçuşu həyata keçirmək üçün Suiki bazasından (Fukuoka prefekturası) havaya qalxıb. Onun göyərtəsində iki nəfər olub.

Pilotların hər ikisi xilasedicilər tərəfindən tapılıb. Onların huşu özlərindədir.

Xəbər xətti