Ana səhifə
21 Noyabr 2018

İran Xarici İşlər Naziri: “Türkiyəyə xəbərdarlıq etmişik”

İran Xarici işlər naziri Suriya və İŞİD ilə bağlı açıqlama verib. Orta-şərq strateji araşdırmalar mərkəzinin  “İraq və İŞİD-ə qarşı beynəlxalq ittifaq” mövzusunda təşkil etdiyi konfransda çıxış edən İran XİN-i Emir Abdullahiyan çıxışı zamanı Türkiyəni onun vasitəsi ilə Suriyaya qoşun yeridiləcəyi halda bunun mənfi nəticələrinin olacağı barəsində xəbərdar etdiklərini dilə gətirib. Eyni zamanda ABŞ amilini unutmayan nazir “ ABŞ İŞİD-ə hücum etməmişdən oncə İrana Əsəd hökumətinə hər hansı hərbi müdaxilə etməyəcəyi haqqında məlumat verib. Lakin biz bu mövzuda onlara çox da güvənmirik. Buna görə də hadisələri çox yaxından izləyirik. ABŞ, Türkiyə və digər hər hansı dövlət Suriyanın suverenliyini pozarsa bunun mənfi nəticələri olacaq. Bununla bağlı bu dövlətlərə xəbərdarlıq etmişik “ deyə qeyd edib.

Kobani sakinləri ilə bağlı çıxış edən nazir onlara İran dövləti tərəfindən yardımlar ediləcəyini söyləyib. Lakin nazir bu yardımların nədən ibarət olduğunu bildirməyib.

 

 

Samir Mehralıyev

Tarix
10 Oktyabr 2014 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin