"Barselona" braziliyalı müdafiəçi alır

01:17 - 20 Fevral 2019 - DÜNYA

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Vitao karyerasını İspaniyada davam etdirəcək.

Qol.az "Marca"ya istinadən xəbər verir ki,  19 yaşlı müdafiəçi “Barselona”ya keçir. Kataloniya klubunun Vitao ilə uzunmüddətli müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Vitao Braziliyanın 19 yaşlılardan ibarət millisinin kapitanıdır.

Xəbər xətti