Sumqayıtda 60 yaşlı kişini elektrik cərəyanı vurub

20:29 - 19 Fevral 2019 - HADİSƏ

Sumqayıt şəhərində 60 yaşlı kişini elektrik cərəyanı vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Tarverdi Sadiq oğlu Əliyev yaşadığı evdə elektrik işi görən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Nəticədə ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti