Misirdə 16 terrorçu öldürülüb

17:31 - 19 Fevral 2019 - DÜNYA

Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında baş verən atışmada 16 terrorçu öldürülüb.

AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatında bildirilir ki, iki ayrı-ayrı məntəqədə gizlənən terrorçular Sinay yarımadasının şimalındakı Ariş şəhərində yerləşən obyektlərə silahlı hücum planlaşdırıblar. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar nəticəsində onlardan 16-sı məhv edilib.

Ötən həftənin cümə günü terrorçuların silahlı hücumu nəticəsində Misir təhlükəsizlik qüvvələrinin 15 hərbçisi həlak olmuş və yaralanmışdı.

Xəbər xətti