İlham Əliyev səfiri geri çağırdı, yeni vəzifə verdi

Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” fərmana dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, müvafiq sənədi AZƏRTAC dərc edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, müəyyən edilib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Prezident İlham Əliyev digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyevi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyinedib.

F.Şəfiyev dövlət başçısının daha bir sərəncamı ilə bundan əvvəl tutduğu Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Tarix
19 Fevral 2019 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin