ATƏT-in fəaliyyətdə olan sədri mart ayında Azərbaycana gələcək

17:52 - 19 Fevral 2019 - SİYASƏT

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə M.Layçak Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib. Diplomat həm rəsmi Bakıdan, həm də İrəvandan səfər üçün dəvət aldığını deyib.

Xəbər xətti