Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşkarlanıb

13:38 - 19 Fevral 2019 - HADİSƏ

Sumqayıtda mənzildən qadın meyiti aşkarlanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti