Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi

13:01 - 19 Fevral 2019 - Xəbər

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, hazırda əmək pensiyasının minimum məbləği 110 manat təşkil edir./trend

Xəbər xətti