Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu

11:37 - 19 Fevral 2019 - HADİSƏ

Bakıda ağır yol qəzası törətmiş şəxs tutulub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti