Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,06 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,7 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,8 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,79 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Tarix
18 Fevral 2019 [23:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-18 23:45:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin