Böyrəklərini sağlam saxlamaq istəyənlər bu qidaları azaltmalıdır

22:28 - 18 Fevral 2019 - MARAQLI

Böyrəklər orqanizmin filtridir, qanı təmizləyir, bədəndən toksin və digər ziyanlı maddələri xaric edir.

Böyrək xəstəlikləri bütün dünyada və o cümlədən bizim ölkədə ən yayılmış xəstəliklərdən sayılır.  Böyrəklərin sağlamlığının qorunmasında qidalanma vərdişləri çox böyük rol oynayır. Bəzi məhsullardan sui-istifadə böyrəklərin sağlamlığına ciddi ziyan vurur, böyrək xəstəliklərinin riskini artırır.

Bu məhsullar arasında:

1. Duzlu məhsullar (fast-fud yeməkləri, sosis-kolbasa, konservlər və s.)

Ucnoqta saglamolun.az-a istinadən bildirir ki, duz orqanizmdə mayeni saxlayır və bu da böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur.

2. Heyvan zülalı ilə zəngin olan qidalar (ət, ət bulyonu)

Zülalın orqanizmə daim daxil olunması çox vacibdir. Lakin zülalın lazım olnadan çox miqdarda qəbulu böyrəklərə ziyan vurur, böyrəklərdə daşların əmələ gəlməsi riskini artırır. Zülalı yeməklərin spirtli içkilərlə birlikdə istehlakı xüsusilə ziyanlı sayılır ki, bu zaman böyrəklərdə daşların inkişafı riski dəfələrlə artır. 

3. Turşular

Turşuların tərkibində olan sirkə və ədviyyatlar sidik yollarını qıcıqlandırır, böyrəklərin sağlamlığına ziyan vurur.

4. İstixanalarda yetişdirilən meyvə və tərəvəzlər

Belə meyvə və tərəvəzlərin yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Bu maddələr orqanizmdə toplanaraq müxtəlif orqanlara və o cümlədən böyrəklərə ciddi ziyan vurur.
Mütəxəssislər yalnız təbii yolu ilə yetişdirilmiş meyvə və tərəvəzləri yeməyi tövsiyə edirlər.

Həmçinin alimlər böyrəklər üçün ziyanlı olan içkilərin adlarını açıqlayıb. Bu spirtli içkilər və şirin qazlı içkilərdir. Çoxlu miqdarda çay və qəhvənin istehlakı da böyrəklərə ziyan vura bilər.

Xəbər xətti