Azərbaycanın təbii qaz ixracından gəliri 4,5 dəfə artıb

20:00 - 18 Fevral 2019 - İQTİSADİYYAT

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 992,641 mln. kubmetr həcmində təbii qaz ixrac edib. “Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 101,387 mln. ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında ixrac olunan təbii qazın həcmi ötən ildən 6,8 dəfə, dəyəri isə 4,5 dəfə çox olub. Təbii qazın yanvar ayında ümumi ixracda payı 7,92% olub.

Xəbər xətti