Anar Rüstəm İbrahimbəyovla olduğu məclisdən Danışdı- "Mənə zəng etdi ki, ..."

16:09 - 18 Fevral 2019 - Xəbər

Tanınmış kinorejissor, xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi, burda özünə yubiley keçirməsi haqda xəbər vermişdik. Həmin yubileydə bir çox tanınmış şəxslər iştirak etmişdi, ancaq vaxtiylə Milli şurada xalq yazıçısı ilə bir yerdə təmsil olunan şəxslərdən heç kim dəvət edilməyib. Yubiley mərasiminin sosial şəbəkələrdə də fotoları yayılıb və sosial şəbəkə istifadəçiləri Rüstəm İbrahimbəyovun Bakıda olmasını təəccüblə qarşılayıblar.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.İnfo həmin yubiley mərasimində iştirak edən, Rüstəm Ibrahimbəyovun yaxın dostu, xalq yazıçısı, Azərbaycan Yazıçılar İtifaqının sədri Anar Rzayevdən açıqlama alıb. O Rüstəm İbrahimbəyovun yubiley mərasimində sadəcə dostu kimi iştirak etdiyini bildirib.

“Rüstəm İbrahimbəyov mənim illərdir dostumdur, görkəmli yazıçıdır, yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm. Bakıya gəlmişdi mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm məni də dəvət etdi, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslərdə iştirak edirdi.”

Muxbirimizin Rüstəm Ibrahimbəyovun həmin yubileydə siyasətdən getdiyini bildirməsi ilə bağlı Anar Rzayev bunları deyib.
“Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda başqa siyasətlə bağlı söhbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim…”

Xəbər xətti