Məhkəmə qadın alverçisini azadlığa buraxdı

15:17 - 18 Fevral 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G.Hüseynova barəsində iki illik sınaq müddəti təyin edilməklə, şərti cəza təyin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Günel Hüseynova ötən il həbs edilib.
Günel Hüseynovanın insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib.

Zərərçəkmişlərin şikayətləri araşdırılandan sonra Günel Hüseynovanın cinayət əməli törətməsi sübuta yetirilib.
Onun bir neçə qadını Türkiyəyə aparması və orada cinsi istismara məruz qoyması məlum olub./oxu.az

Xəbər xətti