Ana səhifə
20 Sentyabr 2018

«Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi» - FOTOLAR

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı  Azərbaycan Respubilkasının Prezidenti yanında  Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi ” layihəsinə yekun vurub. Layihə çərçivəsində Goranboy rayonu ərazisində fəaliyyət göstərən Xocalı, Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam, Ağcəbədi rayonu Taxta körpü qəsəbəsində  fəaliyyət göstərən Laçın məcburi köçkün tam orta məktəblərində layihə uğurla icra edilmiş, qarşıya qoyulan məqsəd layiqincə yerinə yetirilib. Bakı və Mingəçevir şəhərində məskunlaşmış, bütün işğal olunmuş bölgələri təmsil edən 44 nəfər şagirdin iştirakı ilə həyata keçirilən layihənin məqsədi respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi doğulub-böyüyən uşaqların bir-birlərini tanıması, ünsiyyət qurması, unutqanlığın və yadlaşmanın qarşısını almaqdan ibarətdir.

Hər 3 rayonda keçirilən tədbirləri Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Gənclər Fondunun fəaliyyəti, gənclər təşkilatlarının və fərdi gənclərin layihələrinin maliyyəşməsində göstərdiyi dəstək haqqında məlumat verdi. V.Qədirov “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi» mövzusunda həyata keçrilən layihənin icrası zamanı yaşanan duyğusal anların məktəblilərin həyatlarında və bundan sonrakı fəaliyyətlərində, tədrislərində xüsusi rola malik olacağını bildirdi. V.Qədirov “Burada elə şagirdlər bir-birləri ilə tanış oldular ki, onların valideyinləri vaxtilə bir kənddə yaşamış, eyni məktəbdə təhsil almış, bir parta arxasında əyləşmişlər.  Bunun nə qədər çətin və bizim ürəyimizdə nə qədər  məsuliyyətli bir yük olduğunu dərindən dərk etməliyik”- deyə qeyd etdi.

V.Qədirov böyüməkdə olan nəslin ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası, Prezident İlham Əliyevin vətənpərvər siyasətilə tərbiyə olunduğunu qeyd edərək tezliklə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağını, eyni rayondan, eyni şəhərdən, kənddən olan, eyni məktəbdə təhsil almaq hüququ pozulan şagirdlərin tezliklə öz doğma yurd-yuvalarında təhsillərini davam edəcəklərinə əmin olduğunu bildirdi.

Keçirilən tədbirlərdə Xocalı, Ağdam, Laçın rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Gənclər və idman idarələrinin rəisləri, məktəb direktorları və şagirdlər iştirak edib.

 

 

Emin

Tarix
10 Oktyabr 2014 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin