Xadimə işlədiyi evdən 56 min manatlıq oğurluq edən qadın həbs edilib

12:00 - 18 Fevral 2019 - Xəbər

Tanınmış şirkət direktorunun arvadının evindən 56 min manatlıq oğurluq edən xadimə məhkəmə zalında həbs edilib

 Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmişin vəkili vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətiman tədbiri ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilib. G.Piriyeva məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.
İttiham aktına əsasən, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadiməçi kimi çalışıb. O, işlədiyi dövürdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, zərərçəkmiş V.Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır. 

Xəbər xətti