Bakıda “Porsche” yolu keçən qadını vurub öldürdü

10:33 - 18 Fevral 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Pirallahıya gedən yolda “Porsche” markalı minik avtomobil yolu keçən qadını vurub.

Zərbənin gücündən xeyli kənara düşən 40-45 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti