Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

10:18 - 18 Fevral 2019 - İDMAN

Madridin “Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun “Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.

“The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan “Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib. Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə “Çelsi” rəhbərliyinin “Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.

Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. “Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb./oxu.az

Xəbər xətti